31 Oktyabr

Bu bankın rəhbərliyində yeni təyinat olub

"Access Bank”ın İdarə Heyətinə (İH) yeni sədr müavini və baş maliyyə inzibatçısı təyin edilib. Fins.az adı çəkilən banka istinadən xəbər verir ki, yeni sədr müavini Albrext Sabelusdur. O, “Access Bank”da 2017-ci ilin aprel ayından çalışır.

Albrext Sabelus 20 ildən artıq Almaniyanın və İsveçin “WestLB” və “SEB” banklarında maliyyə, risk idarəçiliyi və əməliyyatlar sahəsində çalışıb. Ümumilikdə, 12 il ərzində A.Sabelus “WestLB” bankının Şanxay, Honq-Konq, Tokio və Moskvadakı ofislərində COO/CFO vəzifəsində fəaliyyət göstərib.

Müəllif: Xeybər Heydərov