Türkiyədə bank sektoru, 2006-cı ilin sentyabr ayından etibarən ümumi maliyyə sektorun 88,2%-ni təşkil edir. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2013-cü ildə ölkənin bank sektoru 16-sı xarici depozitlər, 11-i xüsusi depozitlər, 5-i xüsusi investisiya olmaqla ümumi 49 bankdan ibarətdir. Ölkənin üç ən böyük bankı isə bunllardır.
1. Ziraat Bankı
Ziraat Bankı 1863-cü ildə qurulub və dövlətin mülkiyyətidir. 2015-ci ilin sentyabr ayından etibarən ümumi aktivlər baxımından ən böyük bankdır və ölkə daxilində 1.789 şöbəsi 299.084 milyon TL nizamnamə kapitalı vardır. The Banker Magazine tərəfindən nəşr olunan "2004-cü ildə Top 1000 Dünya Bankı " adlı hesabatına görə, Ziraat Bankı 141 balla 26 pillə yüksələrək 115-ci yerdə qərarlaşıb.
2. Türkiyə İş Bankı
Türkiyə İş Bankı, 279.942 milyon TL nizamnamə kapitalı ilə Türkiyənin ikinci ən böyük bankıdır. 1924-cü ildə qurulan İş Bankı, Türkiyə Cumhuriyəti tərəfindən qurulan ilk ictimai bankdır. Hal-hazırda bankın ümumi 1,355 şöbəsi var. 2015-ci ildə bankın payı 6,8 milyard dollar və ümumi gəliri 3,023 milyard dollar təşkil edir.
3. Garanti Bankı
1946-ci ildə qurulan Garanti Bankı, ümumi 260.700 TL nizamnamə kapitalı və 974 şöbəsi ilə Türkiyənin üçüncü böyük bankıdır. 31 Mart 2013 tarixi etibarilə Garanti Bankı, konsolidə aktivləri 104.1 milyard dollar olan Türkiyənin ən böyük ikinci xüsusi bankıdır. Garanti Bankı: investisiya, pərakəndə, korporativ, kommersiya, xüsusi bankçılıq, ödəmə sistemləri mövzularında xidmət göstərir. Bank ayrıca həyat sığortası, aktivlərin idarə edilməsi, maliyyə icarəsi, pensiya, brokerlik və faktoring xidmətləri də təklif edir.