Dekabrın 20-də “qara bazar”da dollar dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, dolların alışı 1.6950 manat olaraq qalsa da, satışı isə 1.7020 manatdan 1.7050 manata qədər yüksəlib. Başqa sözlə, son bir neçə gündə dollar manat qarşısında 0,3% bahalaşıb.
Dollardan fərqli olaraq avro və rubl ucuzlaşıb.Avronun alışı 2.00 manatdan 1.99 manata, satışı isə 2.01 manatdan 2.00 manata düşüb.
Rus rublunun alışı 2.84 qəpikdir. Satışı isə 2.876 qəpikdən 2.88 qəpiyə qədər bahalaşıb. Başqa sözlə, rubl 0,7% ucuzlaşıb