Saxo Bank 5 qitə və 150 ölkədə fəaliyyət göstərən dünyanın aparıcı online investisiya şirkətlərindəndir. 20 ildən çoxdur ki, beynəlxalq təcrübə və mütəxəssisliyiylə sərmayəçilərə 10 mindən çox məhsul növü təklif edir. Saxo Bankın gündəlik ortalaması 15 milyard Avroluq forex əməliyyat həcmi ilə qlobal Forex bazarlarında qabaqcıl və lider mövqedədir. Kopenhagen, Paris, London, Sinqapur, Tokio, Cenevrə, Sürix, Afina, Amsterdam, Milan, Dubay, Moskva, Brüssel, Panama, Hong Kong, Madrid, Praqa, Limasol, Varşava, Sidney, Johannesburg, Montevideo, Istanbul, Beijing, Sao Paolo və Haryana (Hindistan) kimi dünyanın öndə gedən şəhərlərində 26 qlobal ofislə, yerli satış və xidmət şəbəkəsi və qlobal online varlığı ilə xidmət edir.
Saxo Capital Markets həm təşkilati həm də fərdi sərmayəçiləri , forex, CFD-lər, beynəlxalq səhmlər və indeksləri, əmtəə bazarları, beynəlxalq dövlət hesabları, xarici investisiya fondu törəmələri, müddətli əməliyyat müqavilələri və opsion bazarlarında əməliyyat etmə imkanı ilə təmin edir.
"Saxo" adı haradan gəlir?
Saxo Bank 1992-ci ildə "Midas" adıyla Kim Fournaise və Lars Seier Christensen tərəfindən qurulmuşdur. Midas 2001-ci ildə tam lisenziyalı və nəzarətli bir Avropa bankı halını almış və bankın adı Saxo Bank olaraq dəyişdirilmişdir. O gündən bu yana Bank haqqında ən çox maraq edilən suallardan biri niyə "Saxo" adının seçildiyi olmuşdur.
Saxo Grammaticus - Danimarka tarixinin mənşəyi
İnvestisiya bazarlarının qlobal mənada ən çox tanınmış banklarından olan Saxo Bank, bir Danimarka Bankı olub "Saxo" adını Danimarka xalqının tarixini əks etdirən addan götürmüşdür. Qeyd edək ki bu sözün tarixi orta əsrlərə gedib çıxır. Tarixini adında yaşadan Saxo Bank, bütün Avropa, Asiya, Orta Şərq, Latın Amerika və Avstraliyada sərmayeçilərinə xidmət verir.