31 Oktyabr

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100366S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 98,8472 manat (14,99%) və 99,2278 manat (10,01%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 206 833 300 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0287 manat (12,61%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 206 833 300 manat təşkil edib.

Notların ödəmə tarixi gələn il yanvarın 17-sidir.