31 Oktyabr

Banklar rekord sayda valyuta likvidilliyindən əziyyət çəkir - Rusiyada

Rusiya bankları valyuta likvidilliyindən əziyyət çəkirlər. Bu baş verənlər iki illik daxili borcların qapanması fonunda baş verir.
Noyabr ayında rusiyada bank müştəriləri depazitlərdən 0.8 milyard dollar çəkiblər. Fins.az Rusiya mediasına istinadən xəbər verir ki, bank sistemdən 1 milyard dollara yaxın pul kreditləşməyə xərclənib. 0.7 milyard dolları isə qeyri-maliyyə təşkilatları əldə edib. 0.3 milyard dollar isə maliyyə təşkilatlarına xərclənib.
Kredit-depazot əməliyyatları nəticəsində bank sisteminə 1.1 milyard dollar dövriyyə edib. Lakin sistemə daxil olan pulların böyük əksəriyyətinin cari hesablara daxil olduğundan və bunun üçün banklar likvidilliyi saxlamağa məcbur olduqlarından banklarda valyuta likvidilliyi məsləsi gərgin olaraq qalıb. Bu sözləri Raiffaizenbankın analitiki Denis Porıvay açıqlamsası zamanı bildirib.
İl ərzində Rusiya bankların valyuta ehtiyatları 1.1 milyard dollar azalıb. Həmçinin bankların balansda saxladığı likvidil valyuta ehtiyatları da 0.8 milyard dolar azalıb.
Nəticədən belə aydın olub ki, bankların dekabr ayı üçün aylıq valyuta ehtiyatı onların müştəriləri qarşısındakı öhdəliklərindən az olub.
Başqa sözlə desək rusiya valyuta bazarının "təhlükəsizlik yastığı" tamamilə sıradan çıxıb. Belə ki, 2016-cı ilin yanvarında 40 milyard dollar bu ilin əvvəlində isə 13 milyard dollar olan valyuta bazarı "yeyilib".
Odur ki, banklar valyuta likvidilliyi təmin etmək üçün artıq 3-cü aydır ki, ardıcıl avrobondlarını satmağa başlayıblar.

Müəllif: Xeybər Heydərov