Danimarka bankı olan Danske Bank Estoniyada yerləşən filialında çirkli pulların yuyulmasına görə,12.5 milyon Danimarka kronu məbləğində cərimələnib. Fins.az qərb mediasına istinadən xəbər verir ki,bu barədə bankın rəsmi internet səhifəsində məlumat verilib.
Cərimə bankın adı çəkilən filialında Danimarka yoxlanış orqanı olan (FSA) tərəfindən aparılan araşdırmlardan sonra bəlli olub.
Qeyd edək ki, bir müddət öncə Danimarka dərgisi Berlingske bankın Estoniyada yerləşən filialının 2012-ci ildən daim çirkli pulların yuyulması məqsədilə fəaliyyət göstərildiyi bildirilirdi.
Yaranmış qalmaqallı vəziyyətdən sonra bankın Litva və Latviyadakı filiallarında da yoxlanışa başlanılıb.
Müəllif: Xeybər Heydərov