31 Oktyabr

Unibank 2017-ci ili necə yola salır?

Artıq 2017-ci ilin bitməyinə sayılı günlər qalıb. Bəs geridə qoymaqda olduğumuz il Unibank üçün necə keçib. Bu suala cavab tapmaq üçün Fins.az bankın geridə qoyduğumuz 2017-ci il tarixinə baş vurub. Baş verənlər isə bunlardır.

Belə ki, bank bu il yaranma tarixinin 25 ili və Unibank adı altında birləşməyinin 15 illiyini qeyd edib və bu münasibətlə il boyu çoxsaylı kampaniyalar keçirilib. Həmçinin Unibank 2017-ci ildə iki dəfə kapital artımı həyata keçirib. İyun ayında bankın nizamnamə kapitalı 49 milyon manat artırılaraq 119 milyon manatı ötüb. İlin sonunadək ikinci kapital artımı yekunlaşacaq. Bankın kapitalı daha 21 milyon manat artacaq. İlin son aylarında bankın sənədsiz adlı, təmin edilməyən hər birinin nominal dəyəri 10 min dollar olan 1000 ədəd istiqraz buraxması da bankın uğurları siyahısındadır. Tədavül müddəti 6 il olan bu istiqrazların gəlirliliyi illik 6%-dir, faizlərin ödəniş dövrü hər rübdə bir dəfə olmaqla (cəmi 24 dəfə) müəyyən olunub.

Daim innovative yenilikləri ilə seçilən Unibank bu il rəqəmsal bankçılıq sahəsində bir çox yeniliklərə imza atıb. Onu da qeyd edək ki, Rusiyanın nüfuzlu Markswebb agentliyi tərəfindən Unibank Mobile Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. Unibank Mobile istifadəçilərinin sayı 100.000-i ötüb. 2017-ci ildə Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu il Unibank müştərilərinə bir çox yeni məhsul və xidmətlər təklif edib. Albalı gift hədiyyə kartı, uşaqlar üçün Albalı Junior debet kartı və sahibkarlar üçün Albalı Business kartı müştərilər üçün çox maraqlı olub.

Bankın bu il ki, tarixində yadda qalan hadisələrdən biri də 1 saylı ASAN Kommunalda yeni filialın fəaliyyətə başlaması olub. İl ərzində bank bir sıra mükafatlara layiq görülüb. Bunlardan “VISA kartları ilə edilən nağdsız ödəniş dövriyyəsini ən çox artıran bank” nominasiyasını vurğulamaq olar. Bankın 2017-ci ildə qəbul etdiyi 3 illik inkişaf strategiyası gələn il və qarşıdakı illərdə Unibankın hədəflərini əks etdirir.

Müəllif: Xeybər Heydərov