31 Oktyabr

Banklar necə sağlamlaşdırılmalıdır ? – "VAKSİNASİYA"

Daha bir bank Dəmirbankın bağlanması bank sektorunda olan bəzi bankların “vaksinasiyaya” ehtiyac olduğunu bir daha sübut edir. Bəs bankların sağlamlaşdırılması necə olmalıdır və ya vaksinasiya haradn tapılmalıdır. Bankların sağlamlaşdırılması ilə bağlı Fins.az-a müsahibə verən iqtisadçı ekspert Vüqar Bayramov ölkədə olan daha 7 bankın vəziyyətinin acınacaqlı olduğunu bildirdi. Ekspert bankların həm depazit həm də kredit partfellərində olduqca nəzərə çarpan azalmanın olduğunu qeyd etdi.

Vüqar Bayramovun sözlərinə görə,2017-ci ilin əvvəlində bankların ümumi kredit portfeli 16 milyard 705 milyon manat olduğu halda bu ilin sonu bu rəqəm 12 milyard 152 milyon manat-a qədər azalıb.

Bankların depazit portfelinə gəlincə isə ilin əvvəlində 7 milyard 747 milyon olan depazit portfeli 467 milyon azalaraq 7 milyard 280 milyon manata enib.

Problemli kreditlərin həcmi isə 1 milyard 472 milyon manatdan 1 milyard 889 milyon manata qədər artıb.

Ekspert Vüqar Bayramov bankların sağlamlaşdırılması barədə İqtisadi və sosial inkişaf mərkəzi olaraq 2016-cı ildə təklif hazırlayıb təqdim etdiklərini bildirib.

Vüqar Bayramovun fikrincə toksit aktivlər səhimləşdirilərək qiymətli kağızlar bazarına çıxarılmalıdır. Ekspert 2008-ci ildə dünyada baş verən qlobal iqtisadi böhran zamanı ABŞ hökumətinin məhz bu yolla bankların sağlamlaşdırılmasına 450 milyard dollar xərclədiyini və nəticədə bankların sağlamlaşdırılmasında uğur əldə etdiklərini bildirib.

Müəllif: Xeybər Heydərov