31 Oktyabr

Kapital Bank 2017-cı ili belə "yola salır"

Geridə qoymaqda olduğumuz 2017-ci ildə Kapital Bank bir sıra yeni layihələr həyata keçirib. Bu işlər arasında filial şəbəkəsinin artırılmasından beynəlxalq əməkdaşlığa qədər işlər yer alıb. Fins.az 2017-ci ildə Kapital Bankda baş vermiş uğur və nailiyətləri təqdim edir.

  1. Filial şəbəkəsinin inkişafı

Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə aşağıdakı filiallar müştərilərin ixtiyarına verilib:

  • Bravo filialı
  • Nərimanov Kart Mərkəzi filialı
  • Həzi Aslanov filialı
  • Qubadlı filialı
  • Göyçay filialı
  • Qobustan filialı
  • Beyləqan filialı
  • Tərtər filialı
  • Gədəbəy filialı
  • Ağcabədi filialı
  • Ucar filialı
  • Buzovna şöbəsi
  • Dəmiryol şöbəsi
  • Lökbatan şöbəsi
  • Masallı şöbəsi
  1. Sosial yönümlü layihələr

Kapital Bank Sosial yönümlü fəaliyyətə geniş yer ayıraraq, 2017-ci il ərzində aşağıdakı layihələri həyata keçirib:

  • Qan vermə aksiyası (fevral)
  • Qadınlar üçün oxu layihəsi (mart)
  • Yaşıl ölkəm layihəsi (mart)
  • Mərkəz filialında Novruz tədbiri (mart)
  • Futbol Sağlam Həyat layihəsi (aprel)
  • Respublika Fənn Olimpiadası (aprel)
  • İslam Oyunlarının rəsmi tərəfdaşlığı (aprel)
  • 1 iyun – Nağıllara Səyahət layihəsi (may)
  • Yay Futbol Məktəbi layihəsi (iyun)
  • Təhsil avtobusu layihəsi (iyul)
  • 20 saylı məktəbdə “Məktəblilərin dostu” layihəsi (sentyabr)
  • Müəllimlər Günü aksiyası (sentyabr)
  • Təhsil Sərgisinin rəsmi tərəfdaşı (oktyabr)
  • Ekosistemlərin yaradılması konfransı (oktyabr)
  • Ahıllar Günündə maarifləndirici aksiya (oktyabr)
  • Nərimanov metrosunda foto sərgi (noyabr)
  1. Beynəlxalq əməkdaşlıq

Kapital Bank il ərzində bir neçə beynəlxalq sərgilərdə iştirak edib və bu qurumlara üzv seçilib.

  • Euromoney – 2017 (yanvar)
  • Amerika Banklar Assosiasiyasına üzvlük (mart)
  • Beynəlxalq Maliyyə Şurasının iclasında iştirak (mart)
  • Amerika Banklar Assosiasiyasının illik yığıncağında iştirak (may)
  • SİBOS sərgisində iştirak (oktyabr)
  • AmCham-ın Komplayns konfransı (noyabr)
  1. Beynəlxalq reytinqlər
  • “Moody's Investor Service” Beynəlxalq Reytinq Agentliyinin

Kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqi isə "Ba3" səviyyəsində təsdiqlənib. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)" səviyyəsində təsdiq edilib.

  • “Standard Poor's” Beynəlxalq Reytinq Agentliyinin

“Standard Poor's” Beynəlxalq Reytinq Agentliyi də maliyyə sektorunun dəyərləndirilməsində “Kapital Bank” reytinqini “BB-/B” səviyyəsində təsdiq edərək, sabit saxlamışdır.

  1. Mükafatlar

2017-ci ildə Kapital Bank bir sıra mötəbər mükafatlara layiq görülüb.

  • Məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib.
  • Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti Kapital Bank-ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb.
  • Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatı.
  • Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Korporativ Sosial Məsuliyyət” mükafatı.

Müəllif: Xeybər Heydərov