RƏSMİ

29 Noyabr
163

Oqtay Əsədov Milli Məclisin buraxılması məsələsinə baxılacağı TARİXİ AÇIQLADI

Milli Məclisin buraxılmsı barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası, parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Qərar Milli Məclisə göndərilib.

"Parlamentdə çoxluq təşkil edən YAP üzvləri V çağırış Milli Məclisin buraxılması ilə bağlı və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələni müzakirəyə çıxarmaq üçün mənə müraciət ediblər. Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək", - deyə O.Əsədov vurğulayıb.

© Marja