RƏSMİ

02 Dekabr
235

Dilarə Seyidzadəyə Prezidentin fərdi təqaüdü veriləcək – SƏRƏNCAM

Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.

Fins.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.