02 Dekabr

Yeni ildə 1 həftə iş olmayacaq - Yeni qərar

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Bu günlər iş günü hesab edilmir.