Finss.az - 2024-cü ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 14,7 milyard manat təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, ən çox əmanət Bakı iqtisadi rayonuna aiddir – 13 milyard manat. Ən az əmanət isə 503 min manatla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.
Regionlar arasında ikinci yerdə Abşeron-Xızı iqtisadi rayonu (520,8 milyon manat), üçüncü yerdə isə Gəncə-Daşkəsən iqtisadi rayonu (235,2 milyon manat) qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısı:
|
Regionlar üzrə cəlb olunmuş əmanətlər |
||
|
Regionların adı |
Cəmi (min manat) |
Orta % dərəcəsi |
|
Bakı iqtisadi rayonu |
12,977,758 |
4.36% |
|
Abşeron-Xızı iqtisadi rayonu |
520,788 |
6.29% |
|
Gəncə-Daşkəsən iqtisadi rayonu |
235,177 |
6.15% |
|
Quba-Xaçmaz iqtisadi rayonu |
138,748 |
5.59% |
|
Lənkəran-Astara iqtisadi rayonu |
131,786 |
5.36% |
|
Şəki-Zaqatala iqtisadi rayonu |
126,492 |
4.65% |
|
Mərkəzi Aran iqtisadi rayonu |
123,797 |
5.53% |
|
Qazax-Tovuz iqtisadi rayonu |
110,475 |
6.02% |
|
Qarabağ iqtisadi rayonu |
91,826 |
4.87% |
|
Naxçıvan iqtisadi rayonu |
74,278 |
3.74% |
|
Şirvan-Salyan iqtisadi rayonu |
71,004 |
4.33% |
|
Mil-Muğan iqtisadi rayonu |
52,310 |
3.51% |
|
Dağlıq Şirvan iqtisadi rayonu |
43,713 |
5.35% |
|
Şərqi Zəngəzur iqtisadi rayonu |
503 |
2.70% |
|
Cəmi |
14,698,654 |
4.50% |
Zemfira Ms
Finss.az
