RƏSMİ

01 May

Aviasiya sahəsində dövlət rüsumları artırılır

Finss.az - Azərbaycanda mülki aviasiya sahəsində göstərilən bir sıra xidmətlərə görə yeni dövlət rüsumlarının tətbiqi planlaşdırılır.

Bu barədə “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə əks olunub. Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.

Dəyişikliklərə əsasən, aşağıdakı xidmətlərə görə dövlət rüsumu tutulacaq:

  • Pilotsuz uçuş aparatlarının istismarçısına sertifikat verilməsi – 15 manat

  • Aviasiya personalına şəhadətnamə, vəsiqə və ya sertifikatların verilməsi – 15 manat

  • Pilotsuz uçuş aparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi – 10 manat

  • Pilotsuz uçuş aparatlarının istismarı üçün operativ icazənin verilməsi – 10 manat

  • Uzaqdan idarə olunan pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat

  • Pilotsuz uçuş aparatlarının modelləri üzrə fəaliyyət göstərən klub və assosiasiyalara icazələrin verilməsi – 10 manat

Qanun layihəsinin məqsədi aviasiya sahəsində göstərilən hüquqi və texniki xidmətlər üzrə dövlətin gəlirlərini tənzimləmək və bu sahədə hüquqi əsasları möhkəmləndirməkdir.