RƏSMİ

19 May

Dövlət büdcəsinə 13,965 milyon manat daxil olub

Finss.az - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin 2025-ci ilin yanvar-aprel aylarına dair operativ məlumatlarına əsasən, bu dövrdə dövlət büdcəsinə 13 964,9 milyon manat vəsait daxil olmuşdur.

Eyni zamanda, büdcədən 10 961,9 milyon manat xərclənmiş, nəticədə 3 003,0 milyon manatlıq profisit yaranmışdır.