Finss.az – Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası bu gün start götürüb.
İclasın gündəliyinə 7 mühüm qanun layihəsi daxil edilib ki, bunlar ölkənin iqtisadi və sosial sahələrində bir sıra əhəmiyyətli dəyişiklikləri nəzərdə tutur.
İclasda müzakirəyə çıxarılacaq əsas məsələlər aşağıdakılardır:
-
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi — birinci oxunuş.
-
Meşə, Mülki, Vergi, Şəhərsalma və Tikinti Məcəllələri, həmçinin "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər.
-
Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.
-
Torpaq, Mülki Prosessual və Mülki Məcəllələr, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişikliklər — ikinci oxunuş.
-
"Yaşayış minimumu haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.
-
"Pambıqçılıq haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.
-
"Qiymətli kağızlar bazarı haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.