RƏSMİ

30 İyun

Azərbaycanda qohum evliliklərinə yeni qadağalar tətbiq edilir

Finss.az - 2025-ci il iyulun 1-dən etibarən Azərbaycanda bəzi qohumlar arasında nikah bağlanması qadağan olunur.

Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, aşağıdakı şəxslər arasında nikaha icazə verilməyəcək:

  • Qardaş və bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları (məsələn, əmioğlusu və xalaqızı);

  • Əmi (dayı) ilə qardaş/bacı qızı;

  • Bibi (xala) ilə qardaş/bacı oğlu.

Bu qadağa qohumluq əlaqələrinin yaratdığı genetik riskləri azaltmaq məqsədi daşıyır və 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə aşağıdakı şəxslər arasında nikah bağlanması qadağandır:

  • Yaxın qohumlar (valideyn-övlad, baba-nənə və nəvə, doğma və ögey bacı-qardaşlar);

  • Övladlığa götürənlər və övladlığa götürülənlər;

  • Nikahda olan şəxslərdən biri və ya hər ikisi başqası ilə nikahda olduqda;

  • Tibbi müayinədən keçməyən şəxslər (Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən);

  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən ruhi xəstə və ya əqli gerilikli şəxslər.