2025-ci ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 12,456 milyard manat təşkil edib.
Finss.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.
Vergi daxilolmaları proqnozdan 614,2 milyon manat və ya 5,2% çox icra edilib. Qeyd edək ki, 2025-ci il üzrə Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir.
Fuad Mədətov
Finss.az