2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893 milyard ABŞ dolları səviyyəsində olub.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ilin proqnozlaşdırılan ÜDM-in 6,4%-ni təşkil edir və 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 236,6 milyon ABŞ dolları azalıb.
Xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi formalaşıb: ABŞ dolları – 85,3%, avro – 6,3%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4%, yapon yeni – 3,3%, digər valyutalar – 1,7%.
Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mərkəzi Bank) 81,5 milyard ABŞ dolları təşkil edərək xarici dövlət borcunu təxminən 16,6 dəfə üstələyir.
Dövlət büdcəsinin borca xidmət xərcləri çərçivəsində isə 2025-ci ilin oktyabrın 1-nə 435,8 milyon ABŞ dolları əsas borc, 191,8 milyon ABŞ dolları isə faiz ödənişləri üzrə vəsait sərf olunub.
Fuad Mədətov
Finss.az

