20 Noyabr

Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən qurumlar elektrik enerjisinin istehlakını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 670,6 mln. kVt-saat (150,3 mln. manatlıq) elektrik enerjisindən istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 104,6 mln. kubmetr (20,9 mln. manatlıq) təbii qazdan, 18,1 mln. kubmetr (17,7 mln. manatlıq) sudan istifadə edilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövri ilə müqayisədə su istehlakı 5,8%, təbii qaz istehlakı isə 4,3% artıb.