SƏNAYE

22 Noyabr
269

Mark Menezes : "Azərbaycanın 25 il ərzində ABŞ üçün strateji əhəmiyyəti daha da artıb"

"Azərbaycanın 25 il ərzində ABŞ üçün strateji əhəmiyyəti daha da artıb".

Bunu Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə ABŞ Enerji Katibinin müavini Mark Menezes bildirib.

“Bu gün biz təkcə “Əsrin müqaviləsi”nin 25 illiyini deyil, həm də ABŞ-la Azərbaycan arasındakı uğurlu əməkdaşlığı qeyd edirik. Trans Adriatik Təbii Qaz Boru Kəməri (TAP) Avropa üçün təkcə enerji təhlükəsizliyini təmin etməyəcək, bu Azərbaycanın və region ölkələrinin iqtisadi müstəqilliyini daha da artıracaq”,- o qeyd edib.

“Report”