02 Dekabr

2023-cü ilə qədər Gürcüstan CQD ilə trazitə görə 1,1 milyard kubmetr təbii qaz əldə edə bilər

Təbii qaza olan tələbatının təqribən 1000%-ni idxal hesabına təmin edən Gürcüstan gözləyir ki, 2023-cü ilədək “Cənub Qaz Dəhlizi” layihəsindən traznit payı təxminən hazırki rəqəmdən 4 dəfə çox olacaq. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verir.

Noyabrın 30-da CQD-nın əsas komponentlərindən biri olan TANAP-ın istifadəyə verilməsi mərasimi keçirildir. Təntənəli mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyip Ərdoğan və İlham Əliyevlə birlikdə Gürcüstanın baş naziri Georgi Qaxariya iştirak edib.

“Cənub Qaz Dəhlizindən illik 23 milyard kubmetr təbii qaz nəql olunacağı zaman təbii olaraq, Gürcüstan tranzit pay kimi illik 1,1 milyard kubmetrdən çox qaz əldə edəcək”, - hökumətin məlumatında deyilir.