SƏNAYE

08 May

Almaniyanın sənaye sektorunda istehsal həcmi azalıb

Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyinin verdiyi məlumata əsasən, mövsümi düzəlişlər nəzərə alınmaqla, sənaye sektorunda istehsal həcmi fevral ayı ilə müqayisədə mart ayında 0.4% azalıb. Həmçinin fevral ayı üçün göstərici 2.1%-dən 1.7%-ə qədər yenilənib.

Fins.az xəbər verir ki, analitiklər hesab edirdilər ki, göstərici aylıq olaraq 0.6% azalıb. 

İllik ifadədə ölkədə sənaye istehsalı mart ayında 3.3% azalıb. Bir ay əvvəl göstərici illik müqayisədə 5.3% azalmışdı.

Energetika və tikinti sektoru istisna olmaqla, sənaye istehsalı fevral ayı ilə müqayisədə mart ayında 0.4% azalıb. Sənaye və texniki məhsullarının istehsalının həcmi 0.1% artıb, istehlak mallarının istehsalı isə 1.4% azalıb.