SƏNAYE

10 May

Türkiyə “ExxonMobil”-dən hər il 2.5 milyon ton LNG alacaq

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Türkiyənin “BOTAS” qaz şirkəti və Amerikanın “ExxonMobil” şirkəti cümə axşamı Vaşinqtonda mayeləşdirilmiş təbii qaz ticarəti sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Fins.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, Türkiyə 10 il müddətinə “ExxonMobil”-dən hər il 2.5 milyon tona qədər LNG almağı planlaşdırır.

Bayraktar sosial mediada belə yazıb: “Biz müxtəlif əlaqələr qurmaq üçün gəldiyimiz Vaşinqtonda “BOTAS” və “ExxonMobil” arasında LNG ticarətində əməkdaşlıq müqaviləsi imzaladıq. Bu uzunmüddətli müqavilə sayəsində biz resurslarımızın şaxələndirilməsi istiqamətində daha bir addım atırıq. Biz qazlaşdırma imkanlarımıza görə dünyanın ən yaxşı ölkələri sırasındayıq. Həm ölkəmizin, həm də regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik”.

Nazir Türkiyənin TRT telekanalına müsahibəsində bildirib ki, Türkiyə son illərdə yatırılan strateji sərmayələr nəticəsində yaradılan inkişaf etmiş infrastruktur sayəsində təbii qaz tələbatının ən azı yarısını gəmilər vasitəsilə LNG tədarükü hesabına ödəyə bilir. LNG terminallarının qazlaşdırma qabiliyyəti sutkada 160 milyon kubmetrə qədərdir. Bayraktar, "Keçmişdə Nigeriya ilə bağladığımız və bu gün Əlcəzair və Oman ilə uzunmüddətli müqavilələrə yeni sövdələşmələr əlavə edərək, tədarükləri mümkün qədər etibarlı və çoxşaxəli etmək üçün çox çalışırıq" - dedi.