Finss.az - Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev vəzifəsindən ayrılıb.
Mədəniyyət Nazirliyi Lent.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib. Məlumata görə, Rəfiyev bir müddət əvvəl öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən bu vəzifəni icra edirdi. Onun rəhbərliyi dövründə teatrla bağlı 150 min manatdan çox vergi borcu olduğu xəbərləri yayılmışdı. Bu səbəbdən bir müddət əvvəl onun ölkədən çıxışına məhdudiyyət də qoyulmuşdu.
Hazırda teatr rəhbərsiz qalıb, yeni direktor təyinatı gözlənilir.