SIĞORTA

05 Noyabr
83

Sığorta bazarının inkişafı bu sığorta məhsulu ilə əlaqəlidir

“Könüllü sığorta bazarının kiçilməsi birbaşa həyat sığortasının kiçilməsi ilə əlaqədardır” bunu sığorta eksperti Kamran Babayev Fins.az-a deyib.

Ekspertin sözlərinə görə, sığorta bazarının həqiqi inkişafını məhz könüllü sığorta bazarının böyüməsi göstərir.

“Könüllü sığorta bazarı böyüyürsə, bu o deməkdir ki, vətəndaşlar sığortaya maraq göstərirlər və könüllü olaraq sığorta məhsulları əldə edirlər. Artım yavaş-yavaş olacaq, bunun üçün zaman lazımdır və əlbəttə ki, bu istiqamətdə işlər görmək. Bazarın təhlili onu göstərir ki, könüllü sığorta bazarında artan könüllü növlər əsasən korporativ müştərilərin hesabına artıb. Fərdi qaydada hələ ki istədiyimiz canlanma yoxdur. Amma bu da olacaq. Bazar dəyişir, inkişaf edir. Bu inkişaf yolunda əlbəttə ki, böyük məsuliyyət sığorta şirkətlərinin üzərinə düşür. Sığortada ən önəmli sığorta şirkətləri tərəfindən göstərilən xidmətdir. Əgər bütün sığorta şirkətləri yalnız satış zamanı yox, hadisə baş verən zaman da müştərilərə yüksək xidmət göstərərsə, zərəri ədalətli qiymətləndirərsə, ödənişi vaxtında edərsə, müştərinin etibarını qazanmış olar”.

Müəllif: Tuncay Türbəndəzadə