SIĞORTA

15 Noyabr
275

Sığorta şirkətinin direktoru IBM-in idarə heyətinin üzvü seçilib

Fransanın sığorta şirkəti AXA-nın baş direktoru Tomas Buberl, IBM-in idarə heyətinin üzvü seçilib.

Fins.az xəbər verir ki, Buberl 2016-cı ildə AXA-nın baş direktoru təyin olunub və Parisdə Fransız sığorta şirkətinə rəqəmsal çevrilmə prosesində rəhbərlik etməyə davam edir.

Qeyd edək ki, T. Buberl AXA-dan əvvəl İsveçrənin “Zurich Financial Services” şirkətinin baş direktor vəzifəsində çalışıb.

Müəllif: Tuncay Türbəndəzadə