SIĞORTA

22 Noyabr
435

Türkiyə və Azərbaycan arasında aqrar sığorta sahəsində mühüm ADDIM

Türkiyənin Aqrar sığorta sisteminin mərkəzi institutu olan Tarsimdən verilən məlumata əsasən ötən il dekabr ayında, Türkiyə və Azərbaycan arasında imzalanan "Kənd təsərrüfatı sığortaları sahəsində İş birliyi Protokolu" əsasında iki ölkə tərəfindən davam etdirilən ortaq işlər tam sürətiylə davam edir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatının sığortası sahəsində qurulması planlaşdırılan yeni sistem ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, Kənd Təsərrüfatı Sığortası Fondunun müdiri Fuad Sadıqov və Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin rəhbəri Firdovsi Ağaşirinovdan ibarət nümayəndə heyəti 14-20 noyabr tarixlərində Türkiyədə işgüzar səfərdə olmuşdur.

Azərbaycan nümayəndə heyəti 14 Noyabrda Ankarada Nazirlik binasında Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirinin müavini Fatih Metin, Kənd Təsərrüfatı İslahatlarının Baş direktoru və TARSİM İdarə Heyətinin sədri Hasan Özlü, Kənd Təsərrüfatı Sığortası və Təbii Fəlakətlər Şöbəsinin müdiri Bekir Engürülü ilə görüşdü. Proqramın ikinci günündə, TARSİM Baş Müdir Köməkçisi Bəkir Engürü və Zeki Karakurtun iştirakı ilə İstanbulda iclas keçirildi. Görüşdə TARSİM Sistemi çərçivəsində edilən aktuar və texniki işlər, məhsul və heyvan həyatının sığortası sahələrində siyasət və risk təhlili mövzusunda, təyinetmə və kompensasiya prosesləri haqqında ətraflı məlumat verildi. Azərbaycan nümayəndə heyəti TARSİM Baş Qərargahının müvafiq şöbələrini də ziyarət edərək, iş proseslərini izləmək imkanı əldə etdi. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə Fərmanın icra edilməsi intensiv olaraq davam etdirilir ki, qısa müddət ərzində Aqrar Sığorta Fondunun fəaliyyətə başlanmasına və 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə nail olunsun.