SIĞORTA

01 May

“Meqa Sığorta”nın vəzifəli şəxsləri cərimələndi

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Meqa Sığorta” ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Tənzimləyici qurumun yaydığı məlumata görə, şirkət tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələbi pozulub. Müvafiq qanun pozuntusu aşkarlandıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən “Meqa Sığorta” ASC-nin vəzifəli şəxslərinə qarşı 300 manat məbləğində cərimə tətbiq olunub.

Qeyd edək ki, AMB sığorta bazarında şəffaflığın və qanunvericiliyə əməl olunmasının təmin edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.