SIĞORTA

05 İyun

“AZSIĞORTA” ASC-də yeni təyinat

Direktorlar Şurasının qərarına əsasən Şükür Fəxrəddin oğlu İsgəndərov “AZSIĞORTA” ASC-nin Riskləri İdarəetmə Komitəsinin kənar müstəqil üzvü təyin edilib.

Finss.az xəbər verir ki, Şükür İsgəndərovun karyerası əsasən Azərbaycan bank və sənaye sektorunu əhatə edir. O, indiyədək “Kapital Bank” ASC, “Turan Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də risklərin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Hazırda o, “Baku Steel Company” QSC-də Risklərin idarə olunması və daxili nəzarət şöbəsinə rəhbərlik edir, həmçinin “Azmikroinvest” BOKT-un Audit Komitəsinin sədri və Müşahidə Şurasının üzvüdür.

Şükür İsgəndərov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Almaniyanın Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin Risk İdarəetməsi üzrə sertifikatına sahibdir.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Fuad Mədətov
Finss.az