2025-ci ilin yanvar-may aylarında “A-Qroup Sığorta Şirkəti” ASC 7 milyon 909 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 470 min manat və ya 5,6% azalma deməkdir. Hesablamalara əsasən, şirkət ötən ilin yanvar-may aylarında 8 milyon 379 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin ilk beş ayı üzrə “A-Qroup” 4 milyon 554 min manat sığorta ödənişi həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 253 min manat və ya 21,6% azalma deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-may aylarında sığorta ödənişləri 5 milyon 807 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az