2025-ci ilin yanvar-may aylarında “AzSığorta” ASC 4 milyon 7 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd olunur ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min manat və ya 9,3% azalma deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 4 milyon 419 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin ilk beş ayında “AzSığorta” 776 min manat sığorta ödənişi həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 169 min manat və ya 27,8% artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri 607 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az