SIĞORTA

02 İyul

“Paşa Həyat Sığorta”nın sığorta haqları və ödənişləri əhəmiyyətli dərəcədə artıb

2025-ci ilin yanvar-may aylarında “Paşa Həyat Sığorta” ASC 345 milyon 94 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43 milyon 227 min manat və ya 14,3% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 301 milyon 867 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Paşa Həyat Sığorta” ASC 177 milyon 454 min manat sığorta ödənişi həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 32 milyon 693 min manat və ya 22,6% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 144 milyon 761 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az