SIĞORTA

02 İyul

“Paşa Sığorta”nın sığorta yığımları və ödənişləri artıb

2025-ci ilin yanvar-may aylarında “Paşa Sığorta” ASC 162 milyon 853 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 562 min manat və ya 5,5% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 154 milyon 291 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Paşa Sığorta” ASC 55 milyon 794 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 215 min manat və ya 2,2% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 54 milyon 579 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az