SIĞORTA

02 İyul

“Xalq Həyat”ın sığorta yığımları və ödənişləri artıb

2025-ci ilin yanvar-may aylarında “Xalq Həyat” Sığorta Şirkəti ASC 4 milyon 199 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40 min manat və ya 1% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 4 milyon 159 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Xalq Həyat” Sığorta Şirkəti ASC 3 milyon 69 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 241 min manat və ya 8,5% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 2 milyon 828 min manat təşkil etmişdi.

Fuad Mədətov
Finss.az