SIĞORTA

02 İyul

“Aqrar Sığorta” ASC-nin bu ilin yanvar-may aylarına dair göstəriciləri açıqlanıb

2025-ci ilin yanvar-may aylarında “Aqrar Sığorta” ASC 11 milyon 19 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 426 min manat və ya 14,9% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 9 milyon 593 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Aqrar Sığorta” ASC 4 milyon 151 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 594 min manat və ya 62,3% artım deməkdir. Ötən ilin eyni dövründə isə sığorta ödənişləri 2 milyon 557 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az