SIĞORTA

02 İyul

“Meqa Həyat Sığorta” 6,7 milyon manat sığorta haqqı toplayıb

2025-ci ilin yanvar-may aylarında “Meqa Həyat Sığorta” ASC 6 milyon 694 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 64 min manat və ya 84,4% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 3 milyon 630 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Meqa Həyat Sığorta” ASC 2 milyon 53 min manat sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 970 min manat və ya 24,7 dəfə artım deməkdir. 2024-cü ilin eyni dövründə bu göstərici cəmi 83 min manat olub.

Fuad Mədətov
Finss.az