“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarına əsasən adları siyahıda qeyd olunmuş (əlavə olunur) 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bu barədə Finss.az-a AMB-dən məlumat verilib.
Məlumatda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısını təqdim olunub.
SİYAHI
№ |
Sığorta agentinin adı |
Lisenziyanın tarixi |
Lisenziyanın nömrəsi |
VÖEN |
---|---|---|---|---|
1 |
Alxaszadə Aydan Taleh qızı |
05.10.2018 |
SA-0061 |
1503972052 |
2 |
Əliyev Vaqif Telman oğlu |
04.07.2023 |
SA-0294 |
1406416422 |
3 |
Muxtarlı Nərmin Fizuli qızı |
25.06.2023 |
SA-0291 |
1102787552 |
Fuad Mədətov
Finss.az