Əmanətlərin Sığortalanması Fondunun “941” Məlumat Mərkəzi vətəndaşlara çevik, əlçatan və dəqiq məlumatların təqdim olunması prinsiplərinə əsaslanır.
Finss.az xəbər verir ki, 2025-ci ilin 9 ayı ərzində ümumilikdə 5.911 müştəri Məlumat Mərkəzinə müraciət edərək əmanətlərin sığortalanması qaydaları, qorunan əmanətlər, faiz dərəcələri və digər məsələlərlə bağlı suallarına cavab alıb.
Fond tərəfindən hər bir müraciət diqqətlə təhlil olunur və cavablandırma prosesi mövcud normativ-hüquqi tələblərə uyğun şəkildə həyata keçirilir.
Fuad Mədətov
Finss.az
