SIĞORTA

23 Oktyabr

İSB-nin üzvü olmayan sığortaçılar “Forma 4” məlumatlarını elektron qaydada əldə edə biləcək

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanın genişləndirilməsişəffaflığın artırılması istiqamətində tədbirlərini davam etdirir.

İSB-dən Finss.az-a verilən məlumata görə, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış (“Forma 4”) məlumatlarının İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub.

Əvvəllər bu məlumatlara çıxış imkanı yalnız İSB-nin üzvü olan sığortaçılara təqdim edilir və yalnız icbari sığorta müqavilələri ilə məhdudlaşırdı.

Artıq Büronun üzvü olan sığortaçılar “Forma 4” sənədinin məlumatlarını həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, Büronun üzvü olmayan sığortaçılar isə yalnız könüllü sığorta müqavilələri üzrə əldə edə biləcəklər.

Layihənin məqsədi sığorta bazarında məlumat axınının vahid mərkəzdən idarə olunması, araşdırma proseslərinin sürətləndirilməsiqərarların qəbulunda obyektivliyin artırılmasıdır.

Yeni mexanizm sığorta şirkətləri arasında etibarlı və operativ məlumat mübadiləsini təmin edir, araşdırma prosesini sürətləndiririnsan amilini minimuma endirir.

Eyni zamanda, məlumatların doğruluğunun və məxfiliyinin qorunması üçün müasir texnoloji həllər tətbiq olunur.

Nəticə etibarilə, sektorun məlumat infrastrukturu güclənir, idarəetmə keyfiyyəti yüksəlir və bazarda daha şəffaf, dayanıqlı və rəqəmsal mühit formalaşır.

Fuad Mədətov
Finss.az