SIĞORTA

29 Oktyabr

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-SENTYABR/2025

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 683,9 milyon manat sığorta ödənişi həyata keçirilib.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 130,1 milyon manat və ya 23,5% artım deməkdir.

Dövr ərzində ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC olub – 472,1 milyon manat. İkinci yerdə “Paşa Sığorta” ASC (103 milyon manat), üçüncü yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkəti (47,5 milyon manat) qərarlaşıb.

Cari ilin ilk doqquz ayında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi belədir:

Şirkət adı Məbləğ (min manat)
Paşa Həyat Sığorta 472,062
Paşa Sığorta 102,969
Atəşgah Həyat Sığorta Şirkəti 47,513
Atəşgah Sığorta Şirkəti 29,471
Qala Sığorta 19,401
Meqa Sığorta 11,836
Azərbaycan Sənaye Sığorta 9,011
A-Qroup Sığorta Şirkəti 8,250
Xalq Sığorta 7,639
Aqrar Sığorta 4,969
AtaSığorta 4,103
Xalq Həyat Sığorta Şirkəti 4,078
Meqa Həyat Sığorta ASC 3,850
Qala Həyat Sığorta Şirkəti 2,161
AzSığorta 1,364
İpək Yolu Sığorta 220

Fuad Mədətov
Finss.az