SIĞORTA

29 Oktyabr

Azərbaycanda qeyri-həyat sığortası üzrə yığım və ödənişlər artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası üzrə 501,8 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlər 199,2 milyon manata çatıb ki, bu da illik müqayisədə 4,5% artım deməkdir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının təxminən 40 manatı müştərilərə qaytarılıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə ümumi sığorta yığımları 1,157 milyard manat təşkil edib, illik artım 13% olub. Bu dövrdə həyata keçirilən ümumi sığorta ödənişləri isə 683,9 milyon manat səviyyəsində qeydə alınıb, illik artım 23,5% təşkil edib.

Fuad Mədətov
Finss.az