SIĞORTA

13 Noyabr

Dünyanın ən böyük təkrarsığorta şirkətiüçüncü rübdə xalis mənfəətini 2 dəfə artırdı

Finss.az xəbər verir ki, dünyanın ən böyük təkrarsığorta şirkətlərindən biri olan Almaniyanın Muenchener Rueckversicherungs-Gesellschaft AG (Munich Re) şirkəti üçüncü rübdə xalis mənfəətini ikiqatdan çox artırıb.

Şirkətin maliyyə hesabatlarına görə, iyul-sentyabr ayları üçün xalis mənfəət ötən ilin eyni dövründəki 907 milyon avro ilə müqayisədə 2 milyard avro təşkil edib. Sığorta müqavilələrinin satışından əldə edilən gəlir 5,9% azalaraq 14,58 milyard avroya düşüb.

Təkrarsığortaçının illik kapital gəlirliliyi (ROE) bir il əvvəlki 11,5%-lə müqayisədə 24,2% təşkil edib.

Munich Re hələ də 2025-ci ilin sonuna qədər təxminən 6 milyard avro mənfəət əldə etməyi planlaşdırır. Lakin onun gəlir proqnozu əvvəllər gözlənilən 62 milyard avrodan 61 milyard avroya endirilib.