01 Noyabr

8 sığorta şirkəti əhaliyə ÇAĞIRIŞ ETDİ

1 yanvar tarixindən sığortası olmayan evlərin cərimələnməsi ilə bağlı əmlak sığortasında canlanma gözlənilir. Sığorta şirkətləri buna necə hazırlaşırlar?

Fins.az "İnsurance Azerbaijan" qrupunun araşdırmasına əsasən şirkətlərin Daşınmaz əmlakın icbari sığortası ilə bağlı son postlarını nəzərinizə çatdırırıq. Araşdırma şirkətlərin rəsmi facebook səhifələrinə əsasən aparılıb.

Post paylaşan şirkətlər: "Günay Sığorta", "Az Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Paşa Sığorta", "Xalq Sığorta", "Standard Sığorta".