BANK

01 Noyabr
104

Sığorta bazarının LİDERLƏRİ

PAŞA Sığorta” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.

Hesabat dövründə “PAŞA Sığorta” 164 milyon 442,1 min manat sığorta haqqı olub.

Sözügedən şirkətin 2019-cu ilin yanvar-sentyabr ayları ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 31,5%-i həcmində sığorta haqqı toplayıb. Həyat sığortası seqmentində haqların həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (28 milyon 628 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (10 milyon 522 min manat) qərarlaşıb.

Hesabat dövründə “Xalq Həyat Sığorta” 577 min manat sığorta haqqı toplayıb və ödəniş həyata keçirməyib. 2019-cu ilin yanvar-sentyabr aylarında qeyr-həyat sığortası seqmentində “PAŞA Sığorta” şirkəti sığorta haqlarının yığım həcminə görə lider olub. Şirkətin sığorta haqları 118 milyon 960,9 min manat və ya bazarda bütün yığımların 22,8%-ni təşkil edib.

Müəllif: Tuncay Türbəndəzadə