ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün çox çalışacağına söz verib.
Finss.az xəbər verir ki, o, bu barədə cümə axşamı Mar-a-Laqo əmlakında (Florida) keçirilən "Amerika Birinci Siyasət İnstitutu" təşkilatının qala gecəsində çıxış edərkən bildirib.
"Biz Yaxın Şərqdəki üzərində işləyəcəyik, Rusiya və Ukrayna üzərində çox işləyəcəyik. Buna son qoyulmalıdır. Mən xəbərlər gördüm, üç gün ərzində minlərlə insan öldürüldü, onlar əsgər idilər. əsgərlər və ya şəhərlərdəki insanlar, biz bunun üzərində işləyəcəyik” dedi.
Kaira Agayeva
Finss.az