Finss.az - Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi (NCA), Maliyyə Sanksiyalarının İcrası İdarəsi (OFSI) və Xarici İşlər Nazirliyi (FCDO) Rusiya nefti ticarətində sanksiyalardan yayınma sxemlərini ifşa edən «qırmızı xəbərdarlıq» yayıb.
Sənədə görə, iki qrup şirkət – “qırmızı” və “mavi” tərəf – vasitəsilə Rus neftinin mənşəyi gizlədilir və sanksiyalar aşılır. Xüsusilə, Böyük Britaniya sanksiyaları altında olan azərbaycanlı biznesmenlər Etibar Əyyub və Tahir Qarayevin idarə etdiyi şirkətlər şəbəkəsi böyük həcmdə Rus neftinin ticarətində iştirak edir.
2024-cü ilin dekabrında “mavi” tərəfə aid 2RIVERS DMCC və 2RIVERS PTE şirkətləri Britaniya sanksiyalarına daxil edilsə də, şəbəkə fəaliyyətini davam etdirir və yeni şirkətlər yaradılır. Britaniya hakimiyyəti maliyyə qurumlarına şübhəli fəaliyyətləri müəyyən etmək üçün xəbərdarlıq edib və diqqətli olmalarını tələb edir.