Finss.az - On il ərzində üzərində işlənən BRICS ölkələrinin sərhədlərarası ticarət və investisiya hesablaşmaları sistemi hələ də tam hazır deyil.
Bloomberg-in məlumatına görə, Braziliyadakı son sammitdə liderlər ticarət inteqrasiyasını dərinləşdirmək üçün dialoqları davam etdirməyə razılıq veriblər, lakin texniki çətinliklər və mövcud sanksiyalar sistemi inkişaf etdirməyi çətinləşdirir.
Mərkəzi bankların texnoloji infrastrukturunun uyğunlaşdırılması üçün zaman lazım olsa da, bir çox ölkənin valyutalarının konvertasiyası mümkün deyil və bu da prosesin ləngiməsinə səbəb olur. Eyni zamanda, yeni investisiya platforması NIP-in yaradılması ilə bağlı müzakirələr də hələ yekunlaşmayıb.
Ekspertlər bildirir ki, milli valyutaların hesablaşmalarda daha fəal istifadə olunması ticarət xərclərinin azalmasına kömək edə bilər, lakin dolların tamamilə əvəz olunması hələ ki gündəmdə deyil.