14 Noyabr

54 evə qaz verildi

Noyabr ayının 14-də Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə qaz verilib. Kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 4354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.